Türkiyədə son sutkada koronavirusdan 4 735 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 35 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 959 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 4 678 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 449 464 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 4735 nəfər sağalıb.