Braziliya Amerika Kubokunun finalında

Futbol üzrə Amerika Kubokunun yarımfinal mərhələsi çərçivəsində Braziliya və Peru yığmaları qarşılaşıb.

AzerTimes-ın məlumatına görə, oyun Braziliya millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Oyunda yeganə qolu 35-ci dəqiqədə Lukas Paketa vurub.

Qeyd edək ki, finalda braziliyalılar Argentina-Kolumbiya yarımfinalının qalibi ilə qarşılaşacaqlar. Final oyunun oyulun 11-i baş tutacaq.


İyulun 10-da isə Argentina-Kolumbiya oyununda məğlub olan tərəf üçüncü yer uğrunda perulularla oynacaq.

Teqlər: