Türkiyədə sərnişin avtobusu aşdı: 5 nəfər öldü

Türkiyədə sərnişin avtobusu aşdı: 5 nəfər öldü

Türkiyənin Diyarbəkir-Silvan yolunun 65-ci km-də sərnişin avtobusu aşıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti məlumat yayıb.

Məlumata görə, qəzada 5 nəfər ölüb, 22 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım, xilasedicilər və polis göndərilib.

Teqlər: