Hindistanın bu şəhərində insanlar təxliyə olunur

Hindistanın bu şəhərində insanlar təxliyə olunur

Hindistanın Uttarakhand ştatının Coşimat şəhərində şiddətli çökmə başladığına görə əhali təxliyə olunacaq.

AzerTimes xəbər verir ki, bu barədə Uttarxandın baş naziri Puşkar Sinq Dhami məlumat verib.

O bildirib ki, şəhərdən tezliklə 600-ə yaxın ailə təxliyə ediləcək. Hazırda yüzlərlə sakin üçün müvəqqəti yaşayış düşərgələri təşkil edilir.

Mərkəzi hökumət geoloqların və digər mütəxəssislərin iştirakı ilə Coşimatda torpağın çökməsinin səbəbini öyrənmək üçün komissiya yaradacaq.

Qeyd edək ki, şəhərdə təxminən 17.000 insan yaşayır.

Teqlər: