Türkiyədə penitensiar xidmət avtobusu partladılıb, ölən və yaralananlar var

Türkiyənin Bursa vilayətində penitensiar xidmət əməkdaşlarını
aparan avtobusa hücum edilib.

Trend-in
məlumatına görə, avtobusun partladılması nəticəsində 1 nəfər həlak
olub, daha 4 nəfər isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub. Bölgə
hərəkət üçün bağlanıb.

Hadisə yerinə gələn Bursa valisi Yaqub Canbolat partlayışın
terror aktı kimi dəyərləndirildiyini bildirib.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb, hazırda
hadisəni törədənlər müəyyənləşdirilir.