Türkiyədə ötən sutka koronavirusa 975 yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 4
nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 128 854 nəfər test edilib, 975 yeni yoluxma
halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 946 nəfər sağalıb.