Türkiyədə ötən sutka koronavirusa 75 mindən artıq yoluxma qeydə alınıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 174 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 418 427 nəfər test edilib, 76 341 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 82 203 nəfər sağalıb.