Konqo Demokratik Respublikasında güclü zəlzələ olub

Konqo Demokratik Respublikasında 5 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kalemie şəhərindən 202 kilometr cənub-qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.