Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
266 nəfər vəfat edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən
bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 453 947 nəfər test edilib, 71 736 yeni
yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 90 117 nəfər
sağalıb.