Rusiya BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı qətnamə layihəsinə veto qoyub

Rusiya BMT Təhlükəsizlik Şurasında Ukraynadakı hərbi əməliyyatı
pisləyən qətnamə layihəsinə veto hüququndan istifadə edib.

AzerTimes-ın
məlumatına görə, layihənin lehinə 11 ölkə, o cümlədən ABŞ və Fransa
səs verib.

Çin və Hindistan da daxil olmaqla üç ölkə bitərəf qalıb. Veto
hüququna malik Rusiya əleyhinə səs verib.


Qətnamə layihəsi ABŞ və bir sıra digər ölkələr tərəfindən
hazırlanıb.