Türkiyədə ötən sutka koronavirusa 70 355 yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
263 nəfər vəfat edib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən
bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 440 183 nəfər test edilib, 70 355 yeni
yoluxma halı qeydə alınıb.


Qeyd edilib ki, ötən gün koronavirusdan 91 164 nəfər
sağalıb.