ATƏT Donbassda atəşkəs rejiminə riayət etməyə çağırıb

Donbassdakı münaqişənin bütün tərəfləri ağır silahlardan
istifadəni dayandırmalı və atəşkəsə riayət etməyə
qayıtmalıdırlar.

AzerTimes-ın məlumatına görə, bu barədə ATƏT-in baş katibi Helqa
Şmid özünün “Twitter” səhifəsində yazıb.

“Mən bütün tərəfləri ağır silahları təhlükəsizlik zonasından
çıxarmağa, atəşkəsə riayət etməyə və dinc sakinləri qorumağa
çağırıram”, – deyə H.Şmid bildirib.


Baş katib qeyd edib ki, ATƏT müşahidəçiləri Minsk razılaşmaları
ilə qadağan olunmuş ağır silahlardan istifadənin intensivləşməsini
qeydə alıblar: “Dinc əhalinin həyatını təhlükəyə atmaq
yolverilməzdir”.