Türkiyədə ötən sutka koronavirusa 5 mindən çox yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
32 nəfər vəfat edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən
bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 172 461 nəfər test edilib, 5 609 yeni yoluxma
halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 7 315 nəfər sağalıb.