Qətər ukraynalı qaçqınlara yardım üçün 5 milyon dollar ayıracaq

Qətər hakimiyyəti ukraynalı qaçqın və müvəqqəti köçkünlərə
humanitar yardım üçün 5 milyon dollar ayıracaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə Əmirliyin xarici işlər nazirinin
köməkçisi Lolva bint Rəşid əl-Xatər bildirib.

“Qətər Dövləti Qətər Fondu vasitəsilə ukraynalı qaçqın və
məcburi köçkünlərə humanitar yardım üçün 5 milyon dollar ayırdığını
açıqlayaraq vurğulayıb ki, davam edən eskalasiya və gərginlik
şəraitində milyonlarla qaçqının üzləşdiyi çətin humanitar vəziyyət
həyati ehtiyaclarına cavab vermək üçün fövqəladə hallar planları
hazırlamaq üçün beynəlxalq ictimaiyyətin həmrəyliyini tələb edir”,
– deyə qeyd olunub.

Onun sözlərinə görə, Qətər “Ukraynada hərbi əməliyyatları dərhal
dayandırmağa və yardımın çatdırılması üçün humanitar dəhlizlərin
təhlükəsizliyini təmin etməyə”, habelə münaqişənin diplomatik
üsullarla həllinə çağırır.

Teqlər: