İlon Mask Twitter-in qərargahını evsizlər üçün sığınacaqa çevirməyi təklif edib

Bu yaxınlarda “Twitter”in ən böyük səhmdarı olan sahibkar İlon
Musk San-Fransiskodakı baş ofisini evsizlər üçün sığınacaqa
çevirməyi təklif edib.

AzerTimes-ın məlumatına görə, İ.Mask aprelin 9-u axşam eyni adlı
sosial şəbəkədə müvafiq sorğuya başlayıb:

“San-Fransiskodakı “Twitter” qərargahını evsizlər sığınacağına
çevirmək, çünki onsuz da orada heç kim olmur”, – deyə mesajda
bildirilib, bunun altında “bəli” və ya “yox” düyməsini sıxmaq
təklif olunur.

Bu günə kimi 1,8 milyondan çox istifadəçi səs verib. 90%-dən
çoxu İ.Maskın təklifini dəstəkləyib.