Türkiyədə meymunçiçəyi aşkarlanıb?

Türkiyədə meymunçiçəyi aşkarlanıb?

Türkiyədə meymunçiçəyi xəstəliyindən şübhəli bilinən 4 əcnəbi şəxs aparıldıqları xəstəxanada test veriblər.

AzerTimes xəbər verir ki, Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca lazımi analizlərin aparıldığını, 4 nəfərin analizinin nəticəsinin mənfi olduğunu bildirib.

F.Qoca Türkiyədə indiyə qədər meymunçiçəyi diaqnozu qoyulan xəstənin olmadığını vurğulayıb.

Qeyd edək ki, İstanbulun Sultanqazi Həbiblər küçəsindəki aptekə gedən əcnəbi vətəndaşlar əllərindəki yaraları göstərərək dərman istəyiblər. Əczaçı yaraların meymunçiçəyi xəstəliyi ola biləcəyindən şübhələnərək səlahiyyətlilərə məlumat verib.

Teqlər: