Qərb Ukrayna ilə danışıqlara imkan vermir – Lavrov

Qərb Ukrayna ilə danışıqlara imkan vermir – Lavrov

Qərb rəsmi Kiyevə Moskva ilə danışıqlar prosesini davam etdirməyi qadağan edib.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, Qərb ölkələri rəsmi Kiyevlə Moskva arasında danışıqların aparılmasına imkan vermir.

“Bu, danışıqlar üçün hər hansı perspektivin olub-olmaması sualına cavabdır. Qərb Ukraynaya danışıqlar aparmağa imkan vermir. İki ay əvvəl Ukrayna bu məsələnin həlli ilə bağlı təklif irəli sürürdü. Bunu əsas təklif kimi qəbul etdik. Beləliklə, Qərb gün ərzində ukraynalılara bu prosesi davam etdirməyi qadağan etdi”.

Teqlər: