Türkiyədə koronavirusdan sağalanların sayı 5,03 milyonu ötüb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 178 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 46 446 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 7 523 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 194 010 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 10 003 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 034 316 nəfər təşkil edir.