ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

ABŞ-ın Las-Veqas şəhəri yaxınlığında yerləşən ölkənin Hava Qüvvələrinin Nellis aviabazasından qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə bazanın mətbuat xidməti “Twitter” səhifəsində yazıb.

Məlumatda qeyd edilib: “ABŞ Hərvi Hava Qüvvələrinin Nellis bazasından subpodratçı tərəfindən idarə olunan havaya qalxan təyyarə saat 14:30 radələrində bazanın cənub sərhədinin xaricində qəzaya uğrayıb”.


Ehtimal edilən ölən, təyyarənin növü və hadisənin səbəbləri barədə məlumat hələ verilməyib.