Türkiyənin cənub-şərqində “Eren” və “Eren Kış” əməliyyatları
zamanı ümumilikdə 339 PKK terrorçusu zərərsizləşdirilib.
Trend xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı
açıqlamaya görə, silahlıların istifadə etdiyi ən azı 1639 mağara,
sığınacaq və silah-sursat anbarı məhv edilib.
Terrorçulardan 421 ədəd əldəqayırma partlayıcı qurğu, 576 silah,
827 əl qumbarası, 3,6 milyon çətənə kolu kökü, 4,6 ton marixuana və
5,9 ton partlayıcı maddə ələ keçirilib.
Həmçinin bildirilir ki, Türkiyə təhlükəsizlik qüvvələri bu ilin
yaz və yay aylarında keçiriləcək yeni – “Abluka” antiterror
əməliyyatına başlayıblar. Əməliyyat çərçivəsində terrorçulara qarşı
9 mindən artıq reyd keçirilməsi planlaşdırılır.