Belarus Aİ-də qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa qoyub

Belarus Avropa İttifaqına üzv dövlətlərdə qeydiyyatda olan
avtomobillərin ölkəyə girişinə qadağa qoyub.

Trend xəbər
verir ki, bu barədə “BELTA”-ya Nəqliyyat Nazirliyinin mətbuat
xidmətindən məlumat verilib.

Qeyd olunur ki, 16 aprel 2022-ci il saat 00:00-dan etibarən
Avropa İttifaqında qeydiyyatda olan nəqliyyat vasitələrinin
(avtomobil və traktorların) Avrasiya İqtisadi İttifaqının gömrük
sərhədindən Belarus ərazisinə keçirilməsinə qadağa qoyulub.

İstisna şəklində avtomobillərin müəyyən keçid məntəqələrindən
yük əməliyyatları və daşımaların aparılması üçün xüsusi yaradılmış
yerlərə keçməsidir.

Bununla belə, bu məhdudiyyət 2022-ci il aprelin 23-dək artıq
Belarus ərazisinə daxil olan avtomobillərə şamil edilmir.