Türkiyədə avtobus dərəyə aşıb, 25 nəfər yaralanıb

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu dərəyə aşıb.

AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 25 nəfər xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə çox sayda təcili yardım briqadaları və xilasedicilər cəlb edilib.


Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan 3 nəfərinin vəziyyəti ağırdır.