BƏƏ-ni HHM sistemi husilərin atdığı raketi vurub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemi Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri (husilər) tərəfindən BƏƏ istiqamətində atılan ballistik raketi vurub.

AzerTimes-ın məlumatına görə, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib.

“Hava hücumundan müdafiə sistemimiz husilər tərəfindən ölkə istiqamətində atılan ballistik raketi vurub. Ballistik raketin qalıqları yaşayışın olmadığı əraziyə düşdüyü üçün insident nəticəsində ölən və yaralanan olmayıb”, – deyə məlumatda deyilir.