Türkiyədə 22 yaşlı azərbaycanlı qadın faciəvi şəkildə öldü – Foto

Türkiyədə 22 yaşlı azərbaycanlı qadın faciəvi şəkildə öldü – Foto

Türkiyədə 22 yaşlı azərbaycanlı qadın faciəvi şəkildə həyatını itirib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hadisə Iğdır şəhərinin mərkəzi küçələrinin birində baş verib.

Səbinə Sadıqova adlı gənc qadın yaşayış binasının 4-cü mərtəbəsindən yerə yıxılıb.

Gənc qadının hadisə yerində öldüyü bildirilib. Hadisənin hansı səbəbdən baş verdiyi isə dəqiq deyil.

Məsələ ilə bağlı araşdırma aparılır.

Teqlər: