Bu ölkədə BMT sülhməramlıları öldürüldü

Bu ölkədə BMT sülhməramlıları öldürüldü

Malinin Timbuktu şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Missiyasının üzvlərinə hücum edilib.

AzerTimes xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində BMT sülhməramlısının 2 əməkdaşı həlak olub, 4 nəfər isə yaralanıb.

İnsident zamanı Malı təhlükəsizlik qüvvələrinin 1 əməkdaşı da həyatını itirib.

Teqlər: