Türkiyədə 1 milyonluq sual “müəmması” – Video

Türkiyədə 1 milyonluq sual “müəmması” – Video

Türkiyənin ATV telekanalında yayımlanan “Kim milyonçu olmaq istər” verilişində 3 illik aradan sonra ilk dəfə bir iştirakçı 1 milyonluq suala qədər gələ bilib.

AzerTimes xəbər verir ki, iştirakçıya təqdim olunan 1 milyonluq sual “Kitavi-Dədə Qorqud” ilə bağlı olub.

Belə ki, iştirakçıya təklif olunan cavablarda ona hansı xarakterin “Kitabi-Dədə Qorqud”da iştirak etmədiyi soruşulub.

Sözügedən verilişdə verilən sual sosial şəbəkələrin Azərbaycan seqmentində də müzakirələr yaradıb. Belə ki, sosial şəbəkə istifadəçiləri sualın asan olduğunu bildiriblər.

Qeyd edək ki, iştirakçı sualla bağlı tərəddüd etdiyi üçün cavab verməkdən imtina edib. O, oyunu 400 min TL (36.492 manat) ilə tərk edib.

Sualın cavabı isə A variantı (Bala Xatun) olub.

20 yaşlı iştirakçı Batu Alıcı Boğaziçi Universitetində elektrik və elektronika ixtisası üzrə təhsil alır.

Teqlər: