Rusiya Avropa bazarını itirdi: gündəlik 1,5 milyon…

Rusiya Avropa bazarını itirdi: gündəlik 1,5 milyon…

AB-yə neft idxalına qadağa qoyulması Rusiyanın neft gəlirlərinə ağır zərbə vurub.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyası AB-nin Rusiya neftinə qarşı dekabrın 5-dən qüvvəyə minmiş sanksiyalarının enerji qiymətlərinin kəskin artmasına səbəb olacağından ehtiyat edirdi:

“Rusiya neftinin tankerlərlə daşınması üçün logistika, sığorta və maliyyə xidmətlərinə qoyulan qadağa xüsusi narahatlıq doğurub. Təsiri yumşaltmaq üçün qiymət həddinin bir barrel üçün 60 dollar səviyyəsində müəyyən edilməsi təklif edilib – bu halda tədarük və xidmətlərə qadağa tətbiq edilmir.

Moskva Avropa bazarını itirib – yəni sutkada 1,5 milyon barrel… Polşa və Almaniya boru kəmərləri vasitəsilə neft idxalını dayandırmaq üzrə öhdəliklərini yerinə yetirsələr, ilin sonuna qədər o, gündə daha 500 min barrel itirəcək”.

Teqlər: