Türkiyə yerli döyüş tankının seriyalı istehsalına başlayacaq

Türkiyə iki il ərzində yerli “ALTAY” döyüş tankının seriyalı
istehsalına başlayacaq.

AzerTimes-ın
məlumatına görə, o da bildirilib ki, “ASELSAN” tərəfindən
hazırlanan və həyati əhəmiyyətli tank mühafizə sistemlərindən biri
olan yerli aktiv mühafizə sistemi (AKKOR) da “ALTAY” tankına
inteqrasiya olunacaq. Bu sistem “Javelin” kimi tank əleyhinə
raketlərə qarşı davamlıdır.

Tankın atəş məsafəsi 8 kilometrdir. Dörd nəfərlik ekipajla
birlikdə tankın çəkisi 65 tondur.

“ALTAY” tankının mühərrik gücü 1500 at gücünə bərabərdir.
Mühərrikin gələn il kompleks şəklində buraxılması
planlaşdırılır.