İngiltərə Premyer Liqası: “Mançester Siti” səfərdə “Vest Hem”lə heç-heçə edib

İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində səfərdə “Mançester Siti” komandasının futbolçuları “Vest Hem”lə 2:2 hesablı
heç-heçə edib.

AzerTimes-ın
məlumatına görə, meydan sahiblərinin heyətində Carrod Bouen dubla
imza atıb (24 və 45-ci dəqiqələr). Qonaqların heyətində Cek Qriliş
(49) fərqlənib, “Vest Hem” müdafiəçisi Vladimir Tsoufala avtoqol
(69) vurub.

Mançester klubu 37 oyundan sonra 90 xalla Premyer Liqanın turnir
cədvəlinə başçılıq etməkdə davam edir.

Teqlər: