Türkiyə xüsusi xidmət orqanları xüsusilə təhlükəli PKK terrorçusunu saxlayıblar

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatının
xüsusilə təhlükəli üzvü Əbdülkərim Yılmazı saxlayıb.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terrorçu
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında
keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb və ölkəyə
gətirilib.

2015-ci ildən axtarışda olan terrorçu Türkiyənin
cənub-şərqindəki Hakkari vilayətinin Şemdinli rayonunda PKK/KCK-ya
yardım etməkdə ittiham olunurdu.

O, axtarışa verildikdən sonra qanunsuz olaraq İraqa
keçmişdi.