Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 6 terrorçunu məhv edib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK terror
təşkilatının Suriya qanadının (YPG) 6 üzvünü məhv edib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçular “Zeytun budağı” əməliyyatı zonasına
hücum etməyə hazırlaşırdılar.