Putin ehtiyatda olan Rusiya vətəndaşlarının hərbi toplanışa çağırılması barədə fərman imzalayıb

Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan Rusiya
vətəndaşlarının 2022-ci ildə hərbi toplanışa çağırılması haqqında
fərman imzalayıb.

AzerTimes-ın məlumatına görə, müvafiq sənəd hüquqi informasiyanın
rəsmi internet portalında dərc olunub.

“2022-ci ildə ehtiyatda olan Rusiya vətəndaşları Rusiya Silahlı
Qüvvələrində, dövlət təhlükəsizlik orqanlarında və federal
təhlükəsizlik xidməti orqanlarında hərbi toplanışa çağırılsın”, –
deyə fərmanda bildirilir.

Rusiya Federasiyası hökumətinə və regionların hakimiyyət
orqanlarına vətəndaşların hərbi toplanışa çağırılması və bu
toplanışların keçirilməsi ilə bağlı tədbirlərin həyata
keçirilməsini təmin etmək tapşırılıb.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.