Türkiyə və Braziliya ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyir

Türkiyə və Braziliya ikitərəfli ticarətin həcmini 10 milyard
dollara çatdırmağı hədəfləyir.

Trend xəbər
verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
braziliyalı həmkarı Alberto Franko França ilə birgə mətbuat
konfransında deyib.

Nazirin sözlərinə görə, tərəflər ticarət və investisiyaların
artması ilə yanaşı, hərbi əməkdaşlığın, o cümlədən müdafiə
sənayesi, eləcə də turizm, mədəniyyət və təhsil sahələrində
əməkdaşlığın inkişafına üstünlük verirlər.

“Danışıqlar zamanı Türkiyə ilə Braziliya arasında iqtisadi,
mədəni və sosial əlaqələrin gücləndirilməsinə kömək edəcək mühüm
sazişlər imzalanıb”, – M. Çavuşoğlu bildirib.

Teqlər: