Meksikada gizli at yarışları zamanı 11 nəfər güllələnib

Meksikanın Çihuahua ştatında keçirilən gizli at yarışında
atışmada 11 nəfər həlak olub.

Trend yerli
KİV-ə istinadla xəbər verir ki, zərərçəkənlərin beşinin yerindəcə,
qalanlarının isə xəstəxanalara aparılarkən yolda dünyasını
dəyişdiyi bildirilir.

Ştatının təhlükəsizlik naziri Gilberto Loya Çavesin sözlərinə
görə, hücumun səbəbi məlum deyil.

Hazırda Meksika polisi yarışların niyə gizli keçirildiyini
anlamağa çalışır, belə ki at yarışları ölkə qanunları ilə qadağan
olunmur.

İlkin ehtimallara görə, ölənlər və atəş açanlar yerli cinayətkar
dəstələrin üzvləri olub. Hadisə yerində odlu silah, xeyli sursat
tapılıb.