Türkiyə və BMT Rusiya üçün təminat istəyir

Türkiyə və BMT Rusiya üçün təminat istəyir

Türkiyə və BMT Rusiyanın kənd təsərrüfatı məhsulları və ammiaknın bazarlara çıxması üçün böyük təminat istəyir.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” danışıqlarda iştirak edən mənbəyə istinadla məlumat yayıb.

“Hazırda logistika, sığorta və ödəniş baxımından maneələr var. Mən istərdim ki, Qərb ölkələrindən böyük təminatlar alınsın və bu, ictimaiyyətə açıqlansın”, – mənbə bildirib.

Onun sözlərinə görə, bu, Qara Dəniz Taxıl dəhlizinin rahat işləməsinə kömək edəcək.

Qeyd edək ki, taxıl razılaşmasının müddəti martın 18-də başa çatır.

Teqlər: