Blinken Mərkəzi Asiyaya gedir

Blinken Mərkəzi Asiyaya gedir

ABŞ-nin Dövlət katibi Entoni Blinken Qazaxıstan, Özbəkistan və Hindistana səfər etmək üçün yola düşüb.

AzerTimes xəbər verir ki, E.Blinken bu barədə Tvitterdə yazıb.

“Bu gün Qazaxıstan, Özbəkistan və Hindistana səfərə çıxıram. Bu, dövlət katibi kimi Qazaxıstan və Özbəkistana ilk səfərim olacaq və mən bizim Mərkəzi Asiyadakı tərəfdaşlıq münasibətlərinin gələcək inkişafını səbirsizliklə gözləyirəm. Oradan G20 XİN başçılarının müşavirəsində iştirak etmək üçün Hindistana yola düşəcəyəm”, – diplomat qeyd edib.

Teqlər: