Türkiyənin “Roketsan” müdafiə şirkəti Türkiyə Silahlı Qüvvələrinə onlarla K+ tipli raketi təhvil verib.
AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib.
Yüksək güclü K+ raketi 30-120 km məsafədəki obyektləri vura bilir.