Türkiyə sahillərində növbəti dəfə mina aşkarlanıb

Qara dənizdə, Türkiyənin şimal-qərb sahillərində növbəti dəfə
mina aşkar edilib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi
bildirib.

Qeyd olunur ki, mina Kefken adası yaxınlığında patrul təyyarəsi
tərəfindən aşkarlanıb. Həmin bölgə təhlükəsizlik məqsədilə əhatəyə
alınıb və minanın zərərsizləşdirilməsi üçün mütəxəssislər cəlb
edilib.

Xatırladaq ki, mart ayının sonlarında Türkiyə sularında bir neçə
dəfə, eləcə Rumıniya və Bolqarıstan sahillərində dəniz minaları
aşkar edilmişdi.