AQTA kinder yumurtalarında ölümcül bakteriya aşkarlanmasına münasibət bildirib

İngiltərənin Qida Standartları və İrlandiyanın Qida
Təhlükəsizliyi agentliklərinin yaydıqları rəsmi məlumatlara əsasən,
İtaliyanın “Ferrero” şirkəti Belçikada yerləşən müəssisəsində
istehsal olunan, son istifadə müddəti məhsulun çeşidinə uyğun
olaraq 20 aprel-21 avqust, habelə 11 iyul-7 oktyabr 2022-ci il
tarixləri olan aşağıdakı cədvəldə qeyd edilən məhsullarında
salmonella olması ehtimalını nəzərə alaraq, həmin məhsul
partiyalarının əsas satış ölkələri olan İngiltərə, İrlandiya,
Almaniya, İsveç, Fransadan geri çağırılmasına dair qərar qəbul
etmişdir.

Məhsul

Qablaşdırmanın ölçüsü

İstifadə müddəti

Kinder Mini Eggs

75 qr

son istifadə müddəti 20 aprel 2022-ci il – 21 avqust 2022-ci il
tarixlərində bitən

Kinder Egg Hunt Kit

150 qr

son istifadə müddəti 20 aprel 2022-ci il – 21 avqust 2022-ci il
tarixlərində bitən

Kinder Surprise

100 qr

son istifadə müddəti 20 aprel 2022-ci il – 21 avqust 2022-ci il
tarixlərində bitən

Kinder Schokobons

200 qr

son istifadə müddəti 20 aprel 2022-ci il – 21 avqust 2022-ci il
tarixlərində bitən

Kinder Surprise

20 qr

son istifadə müddəti 11 iyul 2022-ci il – 7 oktyabr 2022-ci il
tarixlərində bitən

Kinder Surprise

20 qr *3

son istifadə müddəti 11 iyul 2022-ci il və 7 oktyabr 2022-ci il
tarixlərində bitən

AQTA-dan Trend-ə verilən məlumata görə, şirkətin rəsmi
açıqlamasında sınaq yoxlamaları zamanı həmin məhsullarda salmonella
aşkarlanmadığı bildirilsə də, ehtiyat tədbiri olaraq araşdırmalar
bitənədək bu qənaətə gəlindiyi vurğulanır. Eyni zamanda İngiltərə
və İrlandiyada uşaqlar arasında salmonella mənşəli zəhərlənmələrə
rast gəlindiyi əsas götürülərək, qeyd edilən məhsul partiyalarında
salmonella ilə bağlı xüsusi araşdırmalara başlanılmışdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
bildirir ki, ölkəmizə idxal olunan bütün növ qida məhsulları, o
cümlədən “Ferrero” şirkətinə məxsus məhsullar idxal olunduğu
ölkədən asılı olmayaraq, risk əsaslı nəzarət tətbiq edilməklə
müayinələrə cəlb olunur.

Məlumat üçün bildiririk ki, ölkəmizə müxtəlif ölkələrdən
“Ferrero” şirkətinə məxsus qeyd edilən məhsullar idxal edilmiş və
Agentlik tərəfindən digər göstəricilərlə yanaşı, salmonellaya görə
müayinələrə cəlb edilmiş və salmonella törədicisi aşkarlanmamışdır.
Eyni zamanda, 2022-ci ildə Agentliyə uşaqlar arasında salmonella
mənşəli qida zəhərlənməsi ilə bağlı bildiriş daxil olmamışdır.

Hazırda araşdırmalar davam etdirilir və araşdırmaların
nəticələri əsasında ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Teqlər: