Türkiyə sahillərində iki zəlzələ olub

Türkiyə sahillərində Mərmərə və Egey dənizində zəlzələ baş
verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin
Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Birinci zəlzələ Egey dənizində baş verib. 4 bal gücündə olan
yeraltı təkanların episentri Datça şəhəri sahillərində, ocağı isə
29,26 kilometr dərinlikdə yerləşib.

İkinci zəlzələ Mərmərə dənizində olub. 4,1 bal gücündə olan
zəlzələnin episentri Tekirdağ şəhəri sahillərində, ocağı isə 7
kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat
verilməyib.