Bayden Ukraynadakı vəziyyəti Milli Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə edib

ABŞ Prezidenti Cozef Bayden Ukraynadakı vəziyyəti Ağ Evin Milli
Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə edib.

AzerTimes-ın məlumatıan görə, bu barədə Ağ Evin mətbuat xidmətindən
bildiriblər.

Məlumata əsasən, C.Bayden Rusiya qüvvələrinin Ukrayna sərhədində
toplanması ilə bağlı son hadisələri müzakirə etmək üçün Milli
Təhlükəsizlik Şurasının iclasını çağırıb.

İclasın keçirilmə planlarını şənbə günü Ağ Evin mətbuat katibi
Cen Psaki açıqlamışdı. O, bildirmişdi ki, C.Bayden Ukraynada
dəyişən vəziyyəti izləməyə davam edir və onun milli təhlükəsizlik
üzrə komandası ona son hadisələr haqqında mütəmadi olaraq hesabat
verir.