Türkiyə Rusiyadan təbii qaz tədarükündə hər hansı bir problem yaşamır – Nazir

Türkiyə enerji daşıyıcıları ilə bağlı vəziyyət fonunda Rusiyadan
təbii qaz tədarükündə hər hansı bir problem yaşamır.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin energetika naziri
Fatih Dönməz deyib.

“Prezident Ərdoğan artıq bəyan edib ki, biz Rusiyaya qarşı
sanksiyaların tərəfində olmaq istəmirik. Biz diplomatiyanın
tərəfdarıyıq. Qaz tədarükü baxımından hər hansı bir problem
yaşamırıq. Türkiyə 1987-ci ildə SSRİ-dən ilk qaz tədarükünü Bakıdan
qaz kəməri vasitəsilə alıb, iki il əvvəl isə “Türk axını”nın
tikintisi başa çatıb”, – deyə nazir bildirib.

F.Dönməz əlavə edib ki, Türkiyədəki ilk, Akkuyu atom elektrik
stansiyasının tikintisi ilə bağlı da ləngimələr olmayacaq.

“Bu layihədə “Rosatom” şirkəti faktiki olaraq istehsalçı rolunu
oynayır. Onların investisiya öhdəlikləri var. Stansiyanın birinci
bloku 2023-cü ildə tamamlanacaq. Daha sonra digər blokların
istismarına keçəcəyik. Heç bir ləngimə olmayacaq”, – nazir
deyib.

Teqlər: