“Azercell” abunəçilərini nömrə satışı təkliflərinə, şübhəli ismarıclara reaksiya verməməyə çağırır

“Azercell Telekom” MMC abunəçilərini “WhatsApp” tətbiqi, SMS və
digər kanallar üzərindən göndərilən Azercell mobil nömrə satışı
təkliflərinə, şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya
verməməyə çağırır. Bildiririk ki, müvafiq məzmun və saxta
təkliflərin Azercell-ə heç bir aidiyyatı yoxdur.

Yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını
almaq üçün Azercell mobil nömrələrin əldə edilməsi üçün yalnız
şirkətin rəsmi www.azercellim.com internet səhifəsinə, eləcə də
Azercell Eksklüziv mağazaları və rəsmi diler şəbəkəsinə müraciət
etməyi xahiş edir. Eyni zamanda şirkət öz abunəçilərindən şübhəli
zənglərə və SMS-lərə cavab verməməyi, qeyri rəsmi internet
saytlardan istifadə etməməyi tövsiyə edir.