Türkiyə Rusiya ilə Ukrayna arasında yeni danışıqlar üçün şərait yaratmağa hazırdır – Çavuşoğlu

Rəsmi Ankara Rusiya və Ukrayna arasında atəşkəsin əldə olunması
istiqamətində səyləri davam etdirəcək.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu NATO ölkələrinin XİN rəhbərlərinin Brüsseldə
keçirilən görüşünün yekunlarına dair brifinqdə deyib.

O vurğulayıb ki, Ukraynadakı vəziyyətdən yeganə çıxış yolu
diplomatiyadır.

Nazir bildirib ki, Ankara münaqişə tərəflərinə danışıqları
Türkiyədə davam etdirməyi təklif edib.

“Türkiyə bütün dövrlərdə sülhün və qayda-qanunun tərəfdarı olub.
Bu müharibə gec-tez bitəcək. Ehtimal olunan ssenarilərə gəlincə,
əvvəlcə xarici işlər nazirləri, daha sonra isə prezidentlər
səviyyəsində görüş olacaq. Biz bu görüşlərin Türkiyədə
keçirilməsinin tərəfdarıyıq. Hər iki tərəf, ümumilikdə,
danışıqların ölkəmizdə aparılması ideyasını dəstəkləyir”, – deyə o
bildirib.

Teqlər: