Norveçin şimalında qar uçqununda xizəkçilər həlak olub

Fransalı xizəkçilər qrupunun üç üzvü Norveçin şimalında qar
uçqunu nəticəsində həlak olub.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, təbii fəlakət
Tromso şəhərinin şərqində Kavrinqtinden dağında qeydə alınıb.

Nəticədə doqquz nəfərdən ibarət qrupun üç üzvü qarın altında
qalıb. Axtarışların dərhal başlanması və itkin düşənlərin üzərində
müvafiq avadanlığın olduğundan qısa müddət ərzində aşkarlandığına
baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Qrupun digər altı üzvü isə heç bir xəsarət almayıb.

Qeyd olunur ki, bir müddət əvvəl sinoptiklər ərazidə qar uçqunu
təhlükəsi ilə bağlı məlumat yaymışdılar.

Teqlər: