Türkiyə prezidenti Səudiyyə Ərəbistanına səfərə gəlib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına
səfərə gəlib.

Trend yerli
KİV-ə istinadla xəbər verir ki, Ciddədəki Kral Əbdüləziz adına hava
limanında Türkiyənin dövlət başçısını Məkkə əmiri şahzadə Xalid bin
Feysal, Türkiyənin Ər-Riyaddakı səfiri Fatih Ulusoy, Türkiyənin
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Mehmet
Metin Eker və digər rəsmi şəxslər qarşılayıblar.

Ciddədəki Əl-Salam sarayında Türkiyə dövlətinin başçısının Kral
Salman bin Əbdüləziz Al Səud ilə rəsmi qəbul mərasimi
keçirilib.

Türkiyə liderinin iki günlük səfəri Səudiyyə Ərəbistanı kralının
dəvəti ilə təşkil olunub. Səfər zamanı iki ölkə arasında əlaqələrin
müxtəlif aspektləri, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf
etdirilməsi imkanlarının müzakirəsi nəzərdə tutulub.

Teqlər: