Ramazanın 28-ci günü: dua, imsak və iftar vaxtı

Bu gün Ramazan ayının 28-ci günüdür.

AzerTimes-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin
açıqladığı Ramazan təqviminə əsasən, aprelin 29-da Bakıda imsak
saat 04:08, iftar isə saat 19:48-dədir.

Ramazan ayının 28-ci gününün duası:

“Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi
bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min
beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin”.

Tərcüməsi:

“İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et!
İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün
yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz
israrları ilə məşğul edə bilmədikləri Allah!”

Allah orucunuzu qəbul etsin!

Teqlər: