Türkiyə prezidenti Kanadanın Baş naziri və Litva prezidenti ilə telefonla danışıb

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kanadanın Baş
naziri Castin Trüdo və Litva Respublikasının Prezidenti Gitanas
Nauseda ilə telefon danışıqları olub.

AzerTimes-ın
məlumatına görə, bununla bağlı Türkiyə Prezidenti
Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıqlarda Rusiya ilə Ukrayna arasındakı böhran
və Ukraynadakı son vəziyyət müzakirə olunub.


Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında sülhün bərpası
üçün əllərindən gələn səyləri göstərməyə davam edəcəklərini qeyd
edib.

Danışıqlar zamanı bölgədə baş verən son hadisələr ətrafında
fikir mübadilələri aparılıb.