Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri
Mustafa Şentop Fəxri xiyabanda ümumimlli lider Heydər Əliyevin
məzarını, daha sonra Şəhidlər xiyabanını və “Türk şəhidliyi”
abidəsini ziyarət edib.
AzerTimes-ın məlumatına görə, M.Şentop bildirib ki, 104 il öncə türk
övladları Azərbaycanı öz vətənləri kimi qorumaq üçün azərbaycanlı
qardaşları ilə çiyin-çiyinə şəhadətə ucaldılar.
“İstiqlal və hürriyət uğrunda fəda etdiyiniz canlarınızla
Azərbaycanı qüdrətli bir vətənə çevirdiniz. Qanlarınızla
suvardığınız bu torpaqlarda yaşayan gənc fidanlar bu gün eyni iradə
və mənəviyyatla o gün sizlərin əlinizdə yüksələn bayrağı daha
yuxarılara qaldırmaq üçün mübarizə aparırlar.
Şəxsi mənəviyyatınız uzun illər sonra 44 günlük Vətən
müharibəsində ölkələrini işğaldan qurtarmasında Azərbaycan
əsgərlərinin yoluna işıq saldı, mənəvi dəstək, əzim və güc verdi.
Biz də sizlərin mirasını ürəyində yaşadan qüdrətli türk millətinin
təmsilçiləri olaraq müqəddəs əmanətinizə sahib çıxmaq üçün
burdayıq”, – deyə o şəhidlərə xitabən bildirib.