Türkiyə Pakistanla “hava körpüsü” yaratdı

Türkiyə Pakistanla “hava körpüsü” yaratdı

Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Pakistana humanitar yardım üçün “hava körpüsü” yaradıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi bildirib.

AFAD Pakistana yağış və daşqınların nəticələrinin aradan qaldırılmasında köməklik göstərəcək.

Birinci mərhələdə ölkəyə 10 min çadır, 50 min ərzaq payı, 50 min gigiyena paketi, 10 min uşaq qidası qutuları çatdırılacaq.

Teqlər: